Bakının Binəqədi rayonunda içmli suyun verilişi dayandırılıb.
Bu barədə "Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib. O bildirib ki, ərazidən keçən magistral su kəmərində qəza baş verib:
"Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına içməli suyun verilməsi dayandırılıb. "Azərsu” ASC-nin əməkdaşları və xüsusi texnikası əraziyə cəlb olunub, qəzanın qısa müddətdə aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb”.