Xəbər lenti

Bakının bu yolları bağlandı - SİYAHI
Ölkə12:40 12.06.2015

Bakının bu yolları bağlandı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda I Avropa Oyunlarının möhtəşəm açılışı ilə əlaqədar olaraq müəyyən yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılıb. 

Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, paytaxtın bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Bağlanan yolların siyahısı:

Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək

Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək

Qeyd edək ki, Bakı 2015 İlk Avropa Oyunlarının kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Jumeirah Beach Hotel dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Qaynar.info