Xəbər lenti

Bakının bu yolu bağlandı
Ölkə07:53 20.03.2015

Bakının bu yolu bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən Bakıda daha bir yol bağlanılır. Anspress-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən bildirilib.
Məlumata görə, martın 20-dən etibarən səhər saatlarından paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərinin Böyük Şor dairəsinə gedən istiqamətdəki hissəsi bağlanıb.
Səbəb hər iki yolötürücüsündə temperatur tikişlərinin yenilənməsidir. Hazırda həmin hissədə köməkçi yollar nəqliyyatın hərəkəti üçün açıqdır.
Qaynar.info