Xəbər lenti

Bakının ən böyük prospektində ağır qəza: ölən var
Ölkə08:25 21.11.2014

Bakının ən böyük prospektində ağır qəza: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, hadisə dünən saat 19:30 radələrində, Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Yasin Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada Şəki rayon sakini 1960-cı il təvəllüdlü Kənan Qasımovu vurub.

Xəstəxanaya yerləşdirilən K.Qasımov orada ölüb.

Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Qaynar.info