
Bakının İnşaatçılar prospektində piyada keçidi işarəsi olsa da, yerdə zebralar çəkilməyib.
Day.az saytı xəbər veriri ki, İnşaatçılar prospektində, Yanğınsöndürmə İdarəsinin qarşısında piyada keçidi işarəsi olsa da, yerdə zebralar çəkilməyib.
Məsələyə münasibət bildirmək üçün saytın əməkdaşı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, əgər həmin yerdə piyada keçidi olduğunu göstərən yol nişanı varsa, deməli, yaxın günlərdə orada asfalta zebra da çəkiləcək.
Qaynar.info