Xəbər lenti

Bakının əsas prospektində qanlı CİNAYƏT
Ölkə08:05 20.08.2014

Bakının əsas prospektində qanlı CİNAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Bakının əsas prospektlərindən birində qanlı cinayət baş verib. 

Bakı şəhər Baş Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, avqustun 19-da Azadlıq prospektində Bakı şəhər sakini Ramin Qafarov bıçaqlanıb.

Bıçaqlanan Ramin Qafarov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə daxil olub. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub.

Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Pənah Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info