Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində, Dostluq küçəsi 5 ünvanının qarşısında 1963-cü il təvəllüdlü İsmayılov Mirağa Xalıq oğlunun idarə etdiyi "VAZ 2107" markalı 10 OC 303 nömrə nişanlı avtomobil maneəyə çırpılıb.
Nəticədə sürücü hadisə yerində keçinib. Avtomobildə olan sərnişin Yasamal rayon sakini, 1956-cı il təvəllüdlü Əzizov Bayram Əvəz oğlu isə xəstəxanaya yerləşdirilib.
Qaynar.info