Xəbər lenti

Bakının iki məşhur muzeyinə giriş pulsuz olacaq
Ölkə12:41 29.12.2013

Bakının iki məşhur muzeyinə giriş pulsuz olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"BP" şirkətinin sponsorluğu ilə Azərbaycan Milli İncəsənət Muzeyinə və Milli Azərbaycan Tarixi Muzeyinə 10 günlük sərbəst giriş kampaniyası keçirilir. 

"BP"-dən verilən məlumata görə, şirkət, İncəsənət Muzeyi və Tarix Muzeyi məktəbliləri, tələbələri və bütün Bakı sakinlərini və qonaqları qış tətilləri müddətində açıq qapı günlərindən faydalanmağa dəvət edir. 

Açıq qapı günləri İncəsənət Muzeyində yanvarın 2-dən 12-dək, Tarix Muzeyində isə yanvarın 7-dən 17-dək keçirilir. 

Bundan əlavə, 10-günlük sərbəst giriş kampaniyası ərzində bu muzeylərdə həmçinin bələdçi ilə turlar da təşkil olunacaq. Turlar İncəsənət Muzeyində saat 10:00-dan başlayaraq hər saatın başlanğıcında, Tarix Muzeyində isə saat 10:00-12:00-dək və 14:00-16:00-dək təşkil olunacaq.

Qaynar.info