Xəbər lenti

Daha 4 rayona yeni prokuror təyin edildi (YENİLƏNİB)
Ölkə08:07 19.06.2020

Daha 4 rayona yeni prokuror təyin edildi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nəsimi rayonuna yeni prokuror təyin edilib. 
APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, Həsən Hənifəyev Nəsimi rayon prokuroru təyin edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Namiq Muradov Quba rayon prokuroru vəzifəsinə təyinat alıb.
11.11
Bakının daha iki rayonuna yeni prokuror təyin olunub.
Qaynarinfo xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.