Bakının mərkəzi küçəsi təmir işləri ilə əlaqədar bağlanır
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Səbail rayonunun İzzət Nəbiyev küçəsi sabahdan etibarən yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı bağlanacaq.
P.Mürsəliyev deyib ki, təmir işlərinin 5-6 gün çəkəcəyi nəzərdə tutulur.