Xəbər lenti

Bakının mərkəzində ağac aşdı - FOTOLAR
Ölkə09:48 30.08.2014

Bakının mərkəzində ağac aşdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İçərişəhər" metrostansiyası yaxınlığında yerləşən Filarmoniya bağında ağac aşıb. 

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ağac "Bayır Şəhər" kafesinin qarşısındakı piyada yolunun üzərinə aşıb. 

Bir neçə dəqiqə öncə baş verən hadisənin güclü külək səbəbindən baş verdiyi ehtimal olunur. 

Hadisə zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, sözügedən park Bakı Abadlıq İdarəsinin tabeliyindədir.

Qaynar.info