Xəbər lenti

Bakının mərkəzində avtobus divara girdi - FOTOLAR
Ölkə08:30 20.10.2014

Bakının mərkəzində avtobus divara girdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İçərişəhər metorusunun yaxınlığında qəza baş verib.

Qaynar.info-nun gun.az-a istinadla verdiyi xəbərə görə, Səbail rayonu, Şeyx Şamil küçəsində (İçərişəhər metrosu ilə üzbəüz küçə) dayanacağın yanında 77 saylı marşut “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Bu zaman arxadan gələn 193 saylı avtobus isə onlara dəyməmək üçün ani dönmə hərəkəti edib. Nəticədə avtobus divara çırpılıb.

Xoşbəxtlikdən hər üç avtomobildəki insanlar xəsarət almayıb.

Hadisə nəticəsində həmin ərazidəki küçələrdə böyük tıxac yaranıb. Hazırda polis əməkdaşları əzilmiş avtomobillərin evaukasiya edilməsi və tıxacın aradan qaldırılması üçün çalışır.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info