Xəbər lenti

Bakının mərkəzində bina yandı (FOTOLAR)
Ölkə08:31 28.02.2013

Bakının mərkəzində bina yandı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
12:03

Bakının mərkəzində yaşayış binası yanır.

Metronun "Nizami" stansiyasının yaxınlığında hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az-a bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları gedib. Hələlik yanğının miqyası və haranın yanması barədə dəqiq məlumat yoxdur.

12:17

Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, bina Bəsti Bağırova küçəsində -Elmi Təddiqat Pediatriya İnstitutunun yaxınlığında yerləşir. Yanğın binanın damında baş verir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə maşını gəlib.

Binanın ikinci mərtəbəsindən sonuncu mərtəbəsinə kimi tüstülənmə baş verir. Bina sakinləri evakuasiya edilib. Hadisə yerinəəlavə 2 yanğınsöndürmə maşını da gəlib.

Sakinlərin dediyinə görə, hadisənin elektik naqillərində baş verən qısaqağanma nəticəsində baş verdiyi ehtimal edilir.

12:31

Bakının mərkəzində -Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

Qaynar.info