Xəbər lenti

Bakının mərkəzində daha bir yol bağlanacaq
Ölkə10:47 18.10.2013

Bakının mərkəzində daha bir yol bağlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu axşam Bakıda, «Gənclik» metrostansiyası yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Qaynar.info-ya verilən məlumata görə, saat 22:00-dan etibarən Qələbə meydanında («Gənclik» dairəsi) yeni istifadəyə verilmiş tunel tipli yol qovşağında elektron tabloların quraşdırılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etməyi tövsiyə edir. 
Qaynar.info