
Bakının mərkəzində hər kəsə gülümsəyən ağac peyda olub
Bu ağacın qarşısından bir çoxlarımız keçsə də, bu cür kreativ "əsər"i görməmişik.
Qaynar.info milli.az-a istinadən xəbər verir ki, "İçəri şəhər" metro stansiyasının qarşısında yerləşən ağac gələn-gedənə "gülümsəsə" də ona əhəmiyyət vermirik.
"Gözü", "ağzı" olan qocaman ağaca "dişlər" də düzəldilib. Sosial şəbəkədə geniş yayılan həmin ağac hər kəsin marağına səbəb olub.
Ağacın bu "təbəssümü" insanların bir-birlərinə münasibətdə mehriban davranışı üçün stimul ola bilər.
Qaynar.info




