Xəbər lenti

Bakının mərkəzində işıqsız qəsəbə - VİDEO
Ölkə20:25 01.04.2016

Bakının mərkəzində işıqsız qəsəbə - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda şəhərin mərkəzində bir həftədən çoxdur ki, işiq problemi yaşanır. Söhbət Səbail rayonu Badamdar qəsəbəsindən gedir. Qəsəbə sakinlərinin sözlərinə görə, hər gün hava qaralan kimi elektrik enerjisinin verilişində fasilələr yaranır.
Küçə ilə gedən sakinlər fanardan istifadə edirlər. İlk baxışdan hansısa ucqar bir kəndi xatırladan bu məkan paytaxtın Səbail rayonudur.
Badamdar qəsəbəsi 3-cü yaşayış massivində bir həftədən çoxdur ki, elektrik enerjisinin verilişində problem yaşanır. Sakinlərin sözlərinə görə, hər gecə 23:00-dan sonra işıqlar söndürülür.
Qəsəbənin bəzi sakinləri hər gün qarşılaşdıqları bu problemdən çıxış yolunu generator almaqda görüblər.
Məsələ ilə əlaqədar “Azərişıq” Açıq Səhimdar Cəmiyyətindən bildiriblər ki, sözügedən ərazidə elektrik enerjisinin verilməsində fasilələrin yaranmasının səbəbi elektrik xətlərində aparılan yoxlama işləridir.(Xəzər Xəbər)
Qaynar.info