Xəbər lenti

Bakının mərkəzində kütləvi dava
Ölkə08:44 23.07.2014

Bakının mərkəzində kütləvi dava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 25 yaşlı gənc bıçaqlanıb.
 
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 22-də saat 05:35 radələrində, Rəsul Rza küçəsində yerləşən Xaqani bağının yaxınlığında baş tutub. Xəsarət alan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyev 4  bıçaq yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
 
Daxili İşlər Nazirliyinin Baş Dövlət  Yol Polisi İdarəsinin və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev saxlanılıblar  (APA).

Qaynar.info