
Hadisə nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsi tamamilə yanaraq yarasız hala düşüb
Bakının Nərimanov rayonunda vətəndaşa məxsus avtomobildə yanğın hadisəsi baş verib. Hadisə rayonun Fətəli Xan Xoyskı küçəsində, 200 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
Hadisədən əvvəl Şahin Bayramova məxsus “90 LL 891” dövlət nömrə nişanlı “Mercedes” maraklı minik maşını adı çəkilən ərazidə park edilmiş vəziyyətdə olub. Sürücünün sözlərinə görə, maşında tüstülənmə müşahidə edib və yaxınlıqda olan vətəndaşların köməkliyi ilə yanğının qarşısını almağa çalışıblar. Lakin yanğın geniş miqyas aldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsi tamamilə yanaraq yarasız hala düşüb.
Yanğının səbəblərini FHN-nin əməkdaşları araşdırır. Hadisənin, avtomaşının mühərrik hissəsindəki elektrik naqillərinin qısaqapanması zamanı meydana gəldiyi ehtimal olunur. //ANS TV
Qaynar.info