Xəbər lenti

Bakının mərkəzində söküntü aparılacaq - VİDEO
Ölkə10:55 14.11.2013

Bakının mərkəzində söküntü aparılacaq - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçmiş "sovetski" deyilən ərazidən başlayaraq bu işlər Elmlər Akademiyası istiqamətində aparılacaq

Böyük Bakının regional planı Nazirlər Kabinetində təsdiq ediləndən sonra paytaxtın mərkəzi hissəsinin bir neçə istiqamətində söküntü işləri aparılacaq. Məsələn, Bakının Nəsimi, Yasamal, Nizami rayonları ərazi cəhətdən kiçik, əhalisi isə sıx olan rayonlardır.
 
Planda məxsusi Bakı kimi tanınan hissə ilk növbədə şəhərin mərkəzində olan azmərtəbəli və azqiymətli köhnə və yararsız mənzil fondudur. Keçmiş "sovetski" deyilən ərazidən başlayaraq bu işlər Elmlər Akademiyası istiqamətində aparılacaq. Əsasən Kubinka, Xutor, Alatava deyilən ərazilər söküləcək.

İkinci mərhələdə sovet dönəmində tikilmiş beşmərtəbəli binalar yeniləri ilə əvəz olunacaq. Sayı 3 min 500-ə qədər olan bu binaların əksəriyyəti keçən əsrin 50-80-ci illərində inşa edilib. Planın ikinci istiqaməti isə artıq inşasına başlanılan Ağ şəhər kompleksidir ki, bu da Zığ tərəfə qədər uzanacaq.

Ümumiyyətlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 10-15 min hektar ərazi tutan şəhər mərkəzində unikal və dövlət əhəmiyyətli obyektlər istisna olmaqla digər inşaat işlərinin aparılmasını məqsədə uyğun hesab etmirlər. Böyük Bakının baş planı layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarov əsas məqsədin paytaxtın mərkəzində sıxlığı azaltmaq olduğunu deyir. O, paytaxtın mərkəzində plana düşən ərazilərdə bahalı torpağın üstündə heç bir dəyəri olmayan tikililərin çoxluq təşkil etdiyini dedi.

Şəhərin mərkəzində hündürmərtəbəli binaların tikintisinin yolverilməz olduğunu deyən ekspert Nüsrət İbrahimov bunun onsuz da tikinti və əhali sıxlığından əziyyət çekən şəhər mərkəzini daha da yükləyəcəyini düşünür. Bu da tıxacların intensivləşməsi, kommunal xəttlərin, ekoloji durumun yüklənməsi deməkdir. Hazırda mənzil fondunun 30 %-dən çoxunun fiziki cəhətdən yararsız hala gəldiyini deyən ekspert binaların sökülməsini onların qəza vəziyyətinə düşməsi ilə yanaşı bəzi iş adamlarının maraqları ilə də əlaqələndirdi.
Sovet dövründə tikilmiş binalara gəldikdə isə, ekspert hələ onların bir müddət yaşayış üçün yararlı olacağı qənaətindədir.

O şəhər mərkəzinin təmizlənməsini həm də turistlərin sayının artmasına da səbəb olacağını deyib. Sökülən ərazilərin qiymətləndirilməsinə gəldikdə isə kimə nə qədər düşəcəyini zaman göstərəcək.


Qaynar.info