Kür-Bakı su kəmərinin (1200 mm diametrli) Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar dekabrın 10-da gün ərzində içməli suyun verilməsində fasilə yaranacaq.
Azərsu-dan "Qafqazinfo"ya verilən məlumata görə, fasilə Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə aid olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.