Xəbər lenti

Bakının mərkəzində yanan hotel söndürüldü (YENİLƏNİB)
Ölkə18:25 11.03.2022

Bakının mərkəzində yanan hotel söndürüldü (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 20:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli otel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib. 
Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanıb, otelin binası yanğından mühafizə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Qaynarinfo FHN-ə istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.