Xəbər lenti

Bakının mərkəzində yeni yol inşa ediləcək
Ölkə07:03 02.04.2013

Bakının mərkəzində yeni yol inşa ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının mərkəzindən "Olimpiya" stadionuna qədər yeni yol inşa ediləcək.

Bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə parallel nəzərdə tutulan bu yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa "Olimpiya" stadionuna qədər uzanacaq. Yolun ümumi uzunluğu 7 km-dən artıq, hərəkət zolaqların sayı isə 6 olacaq. Yol boyu tunellərin, yolütürücülərinin tikintisi planlaşdırılır.

Yol istifadəyə verildikdən sonra Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, "Azadlıq" meydanı - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.

Yolun tikintisinə yaxın vaxtlarda başlanacağı gözlənilir.

Trend