Xəbər lenti

Bakının mərkəzindəki kafenin işçilərindən qeyri-adi geyim (FOTO)
Ölkə19:45 31.07.2017

Bakının mərkəzindəki kafenin işçilərindən qeyri-adi geyim (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının mərkəzində yerləşən kafelərdən birində ofisiantların geyimi diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, burada işçilərin geyindiyi köynəklərin arxasında heşteq işarəsi ilə işğal olunmuş rayonlarımızın adları yazılıb. Özü də bu adlar ingilis dilində verilib: #zangilanisazerbaijan, #shushaisazerbaijan…

İşçilərdən bunu nə üçün etdiklərini soruşanda isə onlar turistlər üçün belə addım atdıqlarını bildiriblər. Onlar deyib ki, məqsədləri ermənilər tərəfindən işğal olunan rayonlarımızı əcnəbilərə tanıtmaq, onların əslində Azərbaycanın bir hissəsi olduğunu bildirməkdir.

Qaynarinfo.Az