Xəbər lenti

Bakının mərkəzindəki məşhur kitab mağazası bağlanır
Ölkə06:24 26.03.2015

Bakının mərkəzindəki məşhur kitab mağazası bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əli və Nino" kitab evinin ən məşhur mağazalarından biri bağlanır. Qaynar.info xəbər verir ki, bu barədə Kitab Evinin rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb. 
Məlumat qeyd olunur: "Çox təəssüf ki, 5 illik fəaliyyətimizdən sonra Nizami küçəsi 91 ünvanında (Gənc Tamaşaçılar teatrı ilə üzbəüz) yerləşən mağazamız bağlanır. Həmçinin bookclub və bir çox kitabların təqdimat mərasimi keçirildiyi bookcafe də bağlanır. Bununla əlaqədar olaraq bir çox əşyalar dəyərindən çox ucuz qiymətə satılır".
Qaynar.info