Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Qaynarinfo bu barədə FHN-ə istinadən xəbər verir.
İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.
00:11
Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.
Ərazi boşaldılıb və insanların həmin hissəyə girişi qadağan edilib.
İlkin ehtimala görə borularda yığılan qaz partlayışa səbəb olub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
23.49
Paytaxtın Nizami küçəsində partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə video şəklində paylaşılıb. Baş verən partlayışın səbəbi hələlik məlum deyil.
Həmin görüntüləri təqdim edirik: