Xəbər lenti

Bakının məşhur mağazalarındakı yanğın söndürülüb (YENİLƏNİB/FOTO/VİDEO)
Ölkə11:33 22.08.2017

Bakının məşhur mağazalarındakı yanğın söndürülüb (YENİLƏNİB/FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Neftçilər prospektilə ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində yerləşən geyim mağazada başlayan yanğın söndürülüb. 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mağazanın divar üzlükləri yanıb.

"İlkin ehtimala görə yanğın qısaqapanmadan baş verib. Yanğın 30-35 kvadrat mert ərazini əhatə edib. Mağazaya ciddi ziyan dəyməyib. Xəsarət alan da yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğın qısa zaman ərzində söndürülərək qonşu mağazalara keçməsinin qarşısı alınıb", -deyə nazirliyin məlumatında vurğulanıb.  

***

13.39

Bakıda məşhur mağazalardan birində yanğın baş verib.

"Qaynarinfo" a24.az-a istinadən xəbər verir ki, Neftçilər prospekti, Yusif Məmmədəliyev küçəsində yerləşən “Dolce & Gabbana” mağazasında yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hadisə yerindən verilən məlumata görə, yanğına səbəb qısa qapanma olub. Son məlumata görə, yanğının əhatə dairəsi genişlənib. Belə ki, alov yaxınlıqdakı “GUCCİ” mağazasına da keçib.

Qaynarinfo.Az