Xəbər lenti

Bakının məşhur motelində bitən sevgi: xəyanət, namus, faciə
Ölkə14:45 21.11.2014

Bakının məşhur motelində bitən sevgi: xəyanət, namus, faciə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gecə “Vulkan” motelindəki otaqlardan birində Kürdəmir rayon sakini, 35 yaşlı Afaq Şükürovanın asılmış meyiti tapılıb. Meyiti hamam otağından qadının qohumu, əmisi oğlu Asif Ağamalıyev tapıb. 
Qadının intihar etməsi, yaxud qətlə yetirilməsi ilə bağlı qaranlıq məqamlar da yaranmışdı. Binəqədi rayon Prokurorluğu milli.Az-a A.Şükürovanın özünü motelin hamamında xalatının kəməri ilə asması ilə bağlı məlumat verərək hadisə barədə şayiələrə son qoyub. 
Əsas hadisələr isə ölümə qədər baş verib. A.Şükürova bir neçə gün əvvəl ərini və iki uşağını ataraq əmisi oğlu Asifə qoşularaq Bakıya qaçıb. Elə o vaxtdan moteldə qalıblar. Dünən isə özünü asıb. Qadının intiharının səbəbsiz olmadığı məlumdur, istintaq sirri olduğundan bu barədə açıqlama verilmir.
Qaynar.info