Xəbər lenti

Bakının məşhur otelindən oğurluq edildi
Ölkə10:20 12.07.2014

Bakının məşhur otelindən oğurluq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədi rayonu ərazisində yerləşən “Elite” otelində oğurluq baş verib.

Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oteldə olan Bakı şəhər sakini Qurban Osmanova məxsus içərisində 225 manat və qızıl üzük olan kisə oğurlanıb.

Məlumat daxil olan kimi Binəqədi rayon Polis İdarəsi əməkdaşları əməliyyata başlayıb. Keçirilən əməliyyat nəticəsində oğurluğun kim tərəfindən törədildiyi müəyyən olub.

Aparılmış araşdırmalar zamanı oğurluqda şübhəli bilinən Rəşvin Əliyev tutulub. Faktla əlaqədər cinayət işi başlanıb.

Qaynar.info