
Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, dəniz üzərindəki dəmir-beton konstruksiyaların bir hissəsi çökərək təhlükəli vəziyyətin yaranmasına səbəb olub. Beton lövhələrin bir hissəsi uçaraq işləyən ağır texnikanın dənizə düşmə təhlükəsi ilə üz-üzə qoyub. Əraziyə gətirilən əlavə qaldırıcı kranların vasitəsi ilə qopan beton örtüklərin bir hissəsinin dənizə düşməsinin qarşısı alınıb. Eyni zamanda yaranan problemlər bağlı fontanın tikintisində bir neçə saatlıq fasilə yaranıb.
Qeyd edək ki, musiqili fontanı İngiltərənin “Mace” şirkəti tikir. Sifarişçi isə Bakı Şəhər İcra hakimiyyətidir. Bakı meri Hacıbala Abutalıbov özü də tez-tez əraziyə baş çəkib, görülən işlərlə maraqlanır. Xatırladaq ki, “Mace” şirkəti Azərbaycanda bir çox tikinti layihələrini həyata keçirib. “Port Baku Residence”, “Four Seasons”, “JW Marriott” kimi otelləri tikən şirkət hazırda Milli Gimnastika Stadionunun tikintisini həyata keçirir.
Qaynar.info




