Hadisə Bakıya qar yağması ilə ənənəvi problemlər yaranmağa başlayıb.
Qaynar.info anspress-ə istinadən verdiyi məlumata görə, yollarda tıxac yaranıb. Əsasən enişli-yoxuşlu yollar buz bağlayıb. Bununla da avtomobillərin hərəkəti çətinləşib. Həttə bəzi sürücülərin ehtiyatsızlığından qəzalar da baş verib.
Qəzalar daha çox Bakı Dairəvi Yolda müşahidə olunmaqdadır. Həmin yolda zəncirvari qəza da baş verib. Baş verən qəzalarda ölüm faktı qeydə alınmayıb. Qaynar.info