Xəbər lenti

Bakının üç rayonunda su məhdudiyyəti
Ölkə09:08 03.07.2013

Bakının üç rayonunda su məhdudiyyəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri Tbilisi prospektində yol infrastrukturunun yenilənməsi işləri ilə əlaqədar olaraq ərazidən keçən və uzun müddətdir istismarda olaraq yararsız vəziyyətə düşmüş 500 mm diametrli magistral su xətti yenisi ilə əvəzlənir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azərsu" ASC-nin yaydığı məlumatda deyilir.

Bununla əlaqədar iyulun 3-də gün ərzində paytaxtın Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qaynar.info