Xəbər lenti

Bakının yarısı susuz qalacaq
Ölkə06:46 28.11.2013

Bakının yarısı susuz qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yasamal, Nəsimi, Xətai və Suraxanı rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yenidənqurma işlərinin aparılması ilə əlaqədar su təchizatında fasilələr olacaq. "Azərsu" ASC-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə magistral su xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır.

Bununla əlaqədar 28 noyabr 2013-cü il tarixdə gün ərzində Yasamal, Nəsimi və Xətai rayonlarının, eləcə də Suraxanı rayonu Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.


Qaynar.info