Xəbər lenti

Bakının Yasamal bazarında yanğın olub - FOTO, VIDEO
Ölkə06:06 14.12.2013

Bakının Yasamal bazarında yanğın olub - FOTO, VIDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Yasamal bazarında yanğın olub. APA-nın məlumatına görə, bazarda fəaliyyət göstərən ət və ət məhsullarının satıldığı mağaza qəfil yanıb.
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə  daxil olmuş məlumat əsasında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə yollanıb. Güclü küləyin əsməsi digər ticarət obyektlərini də yanmaq təhlükəsi ilə üz-üzə qoyub.  Yanğınsöndürənlərin səyi nəticəsində küləyin təsiri ilə artan yanğın tez bir zamanda söndürülüb.
 
Yasamal Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğının səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.


Qaynar.info