Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi "Mercedes” markalı iritutumlu avtobus Bakı istiqamətində hərəkətdə olan zaman yoxlama məqsədilə Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi polis postunda saxlanılıb.
Qaynarinfo xəbər verir ki, xidmətdə olan polis əməkdaşları və DİN-in hərbi qulluqçuları avtobusa baxış keçirərkən təəccüblü faktla rastlaşıblar.
Belə ki, avtobusun salonu boş olduğu halda onun baqaj yerində gizlədilmiş 7 nəfər aşkar edilib.
İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z.Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək barəsində 1-ci dəfə inzibati cərimə, 2-ci dəfə isə inzibati həbs olunub.
Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq 3-cü dəfə eyni inzibati xətanı törədiblər.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/cthdVZ_UzIM" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">