Xəbər lenti

Bakıya gəlməyə hazırlaşan Al Banoya RƏSMİ XƏBƏRDARLIQ
Ölkə12:15 30.10.2013

Bakıya gəlməyə hazırlaşan Al Banoya RƏSMİ XƏBƏRDARLIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Al Banonun adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılmayıb”.

Bunu Modern.az saytına  Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Nazirlik rəsmisi qeyd edib ki, italiyalı müğənninin ad-soyadı hələ də XİN-in “qara siyahısı”nda saxlanılır, buna görə də o, Azərbaycan ərazisinə səfər edə bilməz. Nazirlik rəsmisi onuda əlavə etdi ki, Al Bano hələ Azərbaycan tərəfinə adının siyahıdan çıxarılması üçün müraciət etməyib.

Qeyd edək ki, bu il dekabrın 18-də “Baku Crystal Hall”da “San-Remo festivalının ulduzları Bakıda” adlı konsertin keçirilməsi nəzərdə tutulur. Bu sırada 80-ci illərdə San-Remodakı festivalda İtaliya mahnılarının məşhur ifaçıları olmuş Toto Kutunyo, Pupo, Al Bano, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn kimi estrada ulduzları və “Matia Bazar”, Rikkardo Foli, “Rikki e Poveri” musiqi qruplarının adı yer alır. Onların ifasını dinləmək istəyənlər üçün Bakıda biletlərin satışı da artıq başlayıb.

Qaynar.info