
Bakıda dənizdə batan bacılardan sonuncunun da meyiti tapılıb.
Qaynarinfo.Az-ın Fövqəladə Hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 2-də Novxanıda nəzarət olunmayan ərazidə batan 2002-ci il təvəllüdlü Əliyeva Aytac Vasif qızının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 120 metr aralıda sudan çıxarılıb.
****
Xəbər verdiyimiz kimi, dünən dənizdə batan 16 yaşlı qızın cəsədi ailəsinə təhvil verilib.
Qaynarinfo.Az-ın FHN-ə istinadən yaydığı məlumatda qeyd olunurdu ki, hadisə Binəqədi rayonu ərazisində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda nəzarətsiz ərazidə) baş verib.
2000-ci il təvəllüdlü, Əliyeva Səmayə Vasif qızının cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
APA-nın bu gün yaydığı məlumata görə, Səmayə Əliyeva ilə yanaşı bacısı, 2002-ci il təvəllüdlü Aytac da dənizdə çimərkən boğularaq ölüb. Aytacın meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Qeyd edək ki, iki bacı Bakıya istirahətə gəlibmiş.
***
Lent.az-ın məlumatına görə, dünən axşam saatlarında Novxanı qəsəbəsinin dəniz sahili ərazisində (Aqua Parkdan Pirşağıya gedən istiqamətdə boş ərazidə) Göyçay rayon sakinləri - 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə boğularaq ölüb.
Bildirilir ki, iki bacı valideynləri ilə birgə dünən çimərliyə gedib. Valideynləri qızlar göbəyədək suda olarkən onları nəzarətdə saxlayırmış. Bu zaman bir anlıq uşaqlardan gözlərini çəkən valideynlər az sonra onların suda itdiyinə görüblər və kömək çağırıblar.
Qaynarinfo.Az