Xəbər lenti

Bakıya hər ay yeni avtobuslar gətiriləcək
Ölkə09:00 01.12.2018

Bakıya hər ay yeni avtobuslar gətiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib.
V.Kərimli qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır.
Agentlik rəhbəri bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!