
Gecə paytaxtda 0° temperatur müşahidə olunub
Bakıya ilk qar yağıb. Dünən gecədən yağmağa başlayan qar səhər saatlarından etibarən yerdə qalmağa başlayıb.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə və gündüz 0-3° isti olacağı və nisbi rütubətin 80-90 faiz təşkil edəcəyini nəzərə alsaq yağıntının davam edəcəyini gözləmək olar. //anspress.com








