Xəbər lenti

Bakıya yeni heyvanlar gətiriləcək
Ölkə18:56 19.02.2015

Bakıya yeni heyvanlar gətiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Heyvanat Parkına yeni heyvanların gətirilməsi ilə bağlı danışıqlar aparılır. Bunu Bakı Heyvanat Parkının direktoru Azər Hüseynov anspress-ə açıqlamasında bildirib. 
Onun sözlərinə görə, bununla bağlı Gürcüstan, Moldova və Rusiya zooparkları ilə müzakirələr aparılır: "Hazırda Gürcüstan, Kişinyov, Moskvada müəyyən zooloji parklarla danışıqlarımız gedir. Konkret olaraq hansı heyvanların gətirilməsi hələlik dəqiq müəyyənləşdirilməyib. Müqavilə hazır olandan sonra bu haqda məlumat verəcəyik".
Qaynar.info