Xəbər lenti

Bakıya yeni məruzəçi gəlir
14:40 06.03.2015

Bakıya yeni məruzəçi gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Siyasi Məsələlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valter Azərbaycana gəlir.

Anspress-in məlumatına görə, bu barədə AŞPA xəbər yayıb. 

Bildirilib ki, martın 12-13-də Bakıda keçirəcək görüşlərdən sonra R.Valter səfərin yekunları əsasında Dağlıq Qarabağ münaqişəsinə dair hesabat hazırlayacaq. Onun Azərbaycana səfəri zamanı ölkə prezidenti, Milli Məclisin sədri, xarici işlər, ədliyyə və müdafiə nazirləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

AŞPA məruzəçisinin qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşləri də planlaşdırılır.

Qaynar.info 

Oxşar xəbərlər