Xəbər lenti

Bako Saakyan Ağdərəyə gəldi
Ölkə07:58 26.04.2016

Bako Saakyan Ağdərəyə gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qondarma Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan bu gün səhər Ağdərə rayonuna gəlib. 

Qaynarinfo.az musavat.com-a istinadən bildirir ki, hazırda o, Ağdərə rayon "administrasiyası" ilə "işgüzar toplantı" keçirir.  

Toplantıda qondarma qurumun "müdafiə naziri", Qarabağ müharibəsi veteranlar birliyinin sədri Samvel Karapetyan və digər şəxslər iştirak ediblər.  

Qeyd edək ki, Saakyan ötən həftə də Hadrutda və Xocavənddə olmuşdu, terrorçu qruplaşmaların rəhbərlərini təlimatlandırmışdı. Aprelin 26-sına keçən gecə düşmənin təxribatlarına və davamlı atəşlərinə cavab olaraq Azərbaycan ordusu düşmənin Ağdərə istiqamətində də hərbi obyektlərini vurub. 

Hələlik Azərbaycanın rəsmi qurumları Qarabağ separatçılarının başçısının təmas xəttinə gəlməsinə münasibət bildirməyiblər. Əslində Saakyan bu addımı ilə məhv edilməsi üçün unikal şərait yaratmış olub.  

Qaynarinfo.az