Xəbər lenti

“Baku Steel Construction”ın sədri işdən çıxarıldı - Yeni təyinat
Ölkə08:05 01.05.2021

“Baku Steel Construction”ın sədri işdən çıxarıldı - Yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Baku Steel Construction” ASC-nin İdarə Heyətinin sədri Vasif Bağırov vəzifəsindən azad edilib.
"Report” xəbər verir ki, səhmdar cəmiyyətinə sədrlik Həmid Zeynalova həvalə olunub.
Xatırladaq ki, "Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,512 milyon manatdır. Şirkətin səhmlərinin 80%-nə bir qədər əvvəl rəhbərliyi dəyişdirilmiş "Baku Steel Company” MMC, 16,8%-nə iş adamları Zülfüqarlı qardaşlarına məxsus "Birlik” MMC, 3,2%-nə isə fiziki şəxslər (əsasən əmək kollektivi) nəzarət edir.