Xəbər lenti

"BAKU.WS" 15 yaşını qeyd edir
Ölkə09:42 05.01.2019

"BAKU.WS" 15 yaşını qeyd edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "BAKU.WS" saytı 15 yaşını qeyd edir.
2004-cü il yanvarın 5-də fəaliyyətə başlayan sayt daim eksklüziv xəbərlərlə oxucuların etimadını qazanmağa çalışıb və qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib. Bununla yanaşı, insanların sosial problemlərini işıqlandıran sayt onların çətinliklərini həll etməkdə köməklik edib. BAKU.WS tək informativ sayt deyil. Onlar həmçinin sosial layihələrdə iştirak edirlər. İmkansız ailələrə yardım əli uzadırlar.
15 yaşı münasibəti ilə həmkarlarımızı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.
Uğurlar, hörmətli BAKU.WS komandası!