
Şəkildə gördüyünüz Zəhranın valideyinləri imkanlı şəxslərdən və xeyriyyəçi insanlardan kömək istəyir.
“Qafqazinfo” xəbər verir ki, saytımıza edilən bu müraciətə biganə qala bilmədik və siz oxucuların diqqətinə çatdırmaq istədik.
“Mənim qızım 16 dekabr 2007-ci ildə Bakı şəhərində anadan olub. Həkimlərin səhfi ucbatından beyinin sol və sağ yarımküərsində çat var. Beyin iflici keçirib. İnkişafdan qalıb. Beyinində bir damar quruyub. Nə yeyir, nə gəzir, nə oturur, nə də danışa bilir. Aciz çxılmaz vəziyyətdəyik. Müalicəsinə 20.000 AZN manat istəyirlər. İmkanlı şəxslərdən və xeyriyyəçi insanlardan balaca Zəhraya kömək etmələrini xahiş edirəm.
Əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm”.
Bank hesabı: Dəmirbank ASC VÖEN: 9900001471
Qaynar.info