Xəbər lenti

Balakən gömrüyünün işçisiləri vətəndaşların üstünə maşın sürdü
Ölkə11:55 16.05.2014

Balakən gömrüyünün işçisiləri vətəndaşların üstünə maşın sürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçid Məntəqəsində özbaşınalıq pik həddə, Gürcüstandan gələn vətəndaşlardan biri yünğül xəsarət alıb 

Azərbaycan-Gürcüstan sərhəddində fəaliyyət göstərən Balakən Gömrük Keçid Məntqəsində özbaşınalıq hökm sürür. 

Bu barədə JAM.AZ-a məlumat verən rayon sakinləri bildiriblər ki, qonşu ölkədən gələn insanlara gömrük işçiləri qan uddurur. 

Məlumatda deyilir ki, Gürcüstandan öz gündəlik təlabatı üçün gətirdiyi məhsullara görə, az qala “vətən xaini” elan edilən balakənlilər şikayət etmədikləri qurum qalmayıb. Amma hər şikayətindən sonra gömrük işçilırinin onlara qarşı daha da azğınlaşdığı vurğulanır. 

Şikayətçilər bildirir ki, hətta iş o yerə çatıb ki, Keçid Məntəqəsində çalışan gömrük işçiləri camaatın üzərinə maşın sürürlər. Ötən gün baş vermiş belə hallardan birində hətta Gürcüstandan Azərbaycana gələn yerli vətəndaşlardan birinin yüngül xəsarət aldığı deyilir.