Xəbər lenti

Balakənçayda köməksiz qalan şəxs belə xilas edildi (VİDEO)
Ölkə10:32 23.08.2020

Balakənçayda köməksiz qalan şəxs belə xilas edildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün güclü leysan yağışları nəticəsində Balakənçaya sel gəlib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə bir nəfərin çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
RPŞ əməkdaşları dərhal həmin əraziyə gəlib və şəhər sakini E.Qırıxovun həyati təhlükəsi olduğunu görüblər.
Polis və FHN əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində həmin şəxs təhlükəsiz əraziyə çıxarılaraq, xilas edilib.