Balakən şəhərində yerləşən Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki , hadisə dekabrın 25-də günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın zamanı pilləkən qəfəsinin altında yerləşən təxminən 3 kvadratmetr sahədə kağız tullantıları və 0.5 poqon metr elektrik kabeli yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər