Xəbər lenti

Bağlanan bankların əmanətçilərinə qarşı haqsızlıq olur - Ekspert
Ölkə11:13 25.07.2016

Bağlanan bankların əmanətçilərinə qarşı haqsızlıq olur - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bağlanan banklarda müflisləşmə qərarından sonra əmanətlər üzrə faizin hesablanmasının dayandırılması, amma kreditlər üzrə faizin hesablanmasının davam etdirilməsi diqqəti çəkən məqamlardandır". 

"Qaynarinfo.Az" xəbər verir ki bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Vüqar Bayramov bildirir ki, məsələn, bir şəxsin bağlanan 4 bankdan birində əmanəti, digərindən isə krediti var: "Hər iki bank müflis elan edilib. Bu zaman bir bankda onun əmanətinə faiz hesablanması dayandırılır, amma digərində kreditinə faiz hesablanmaqda davam edir. Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Sığorta hadisəsi baş verəndən sonra yaranan xərclələrə isə fond məsul deyil. Amma vətəndaşın qorunan əmanətini geri alması bəzən bir neçə ay zaman tələb edir və həmin aylara faiz hesablanmır. Amma vətəndaş kredit faizlərini fasiləsiz banka ödəmək məcburiyyətindədir". 

Ekspertin fikrincə, bu o deməkdir ki, vətəndaşın öhdəliyi ilə bankın öhədliyi bir-birindən fərqləndirilir: "Bank müflis olandan sonra əmanətinə hesablanmalı olan faizini ala bilməyən vətəndaş müflisləşməkdən sonra da kredit faizlərini banka ödəməyə davam edir. Fond tərəfindən qorunan əmanətlərə görə hesablanmış faizin sığorta hadisəsi baş verən günədək deyil, məhz əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var. Digər tərəfdən, mövcud qaydalara əsasən, əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Eyni zamanda, müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. Deməli, əmanətçi öz pulunu 6 aydan sonra da ala bilər. Əgər vətəndaşa əmanət 180 gündən sonra ödəniləcəksə o zaman bankın müflisləşməsindən keçən həmin müddətə faiz niyə hesablanmasın ki?"

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az