Xəbər lenti

Baldızı ilə evlənən kişinin iddiası rədd edildi
Ölkə14:10 11.02.2016

Baldızı ilə evlənən kişinin iddiası rədd edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət əvvəl keçmiş ərin boşandığı həyat yoldaşının bacısı ilə ailə qurması və uşağını anasından almaq üçün məhkəmədə iddia qaldırması barədə xəbər vermişdik.

Qaynar.info publika.az-a istinadən bildirir ki, bu iddia ilə bağlı keçirilən ilk məhkəmə prosesi qalmaqalla yekunlaşmışdı. Ötən gün keçirilən məhkəmə prosesində ananın xeyrinə qərar qəbul edilib.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova publika.az-a açıqlamasında bildirib ki, ötən gün  Xəzər Rayon Məhkəməsi uşağın anada qalması ilə bağlı qərar qəbul edib. 

Qeyd edək ki, keçmiş ər boşadığı qadının bacısı ilə evlənmiş və övladını anasından almaq üçün məhkəməyə müraciət etmişdi.

 Məlumatda qeyd olunurdu ki, qadınların ailəsi, xüsusilə də ana bu evliliyi dəstəkləmişdi. Ailə uşağın anasını evdən qovmuş, ərinin verdiyi alimenti də onun əlindən almışdı.

Qaynar.info