Xəbər lenti

Baldızla gəlinin mübahisəsi ölümlə nəticələndi
Ölkə10:05 24.07.2013

Baldızla gəlinin mübahisəsi ölümlə nəticələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neftçala rayonunda baldızla gəlinin mübahisəsi gəlinin ölümü ilə nəticələnib.

Bu barədə APA-ya Neftçala rayonunun Şorkənd icra nümayəndəliyindən məlumat verilib.

Kənd sakini, 71 yaşlı Almaz Mirəli qızı Göyçayeva ilə evin gəlini olan 41 yaşlı Samirə Əjdər qızı Göyçayeva arasında mübahisə düşüb. Baldız gəlini vurmaq istəyib. Samirə Göyçayeva evdən qaçmaq istəyərkən ayağı büdrəyib və başı dəmirə çırpılıb. O, başından aldığı ağır xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.

Ruhi xəstə olduğu ehtimal olunan Almaz Göyçayeva isə polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qaynar.info